Kliniki Tibbi Mərkəz: Gürcüstanda insanların ölümünə donuz qripi səbəb olmayıb


Digərləri 11 Yan 2019 14:44:00 183 0

Kliniki Tibbi Mərkəz: Gürcüstanda insanların ölümünə donuz qripi səbəb olmayıb

Donuz qripinə qarşı vaksin yoxdur, ölkəyə belə bir vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil.

Bakı. İlhamə İsabalayeva - Donuz qripinə qarşı vaksin yoxdur, ölkəyə belə bir vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil. Trend-in məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin infeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov bildirib. Onun sözlərinə görə, dünyada mövsümi qripə qarşı vaksin istifadə edilir: "Donuz qripi ilə quş qripləri eyni növ qriplərdir. Donuz qripi ölümə səbəb olmur. Ancaq donuz qripinə tutulmuş insan staflikok törədicilərinə də yoluxduqda bu, ölümə səbəb olur. Gürcüstanda insanların ölümünə donuz qripi səbəb olmayıb. Onların ölümünə staflikok tipli törədicilər səbəb olub".