Əcnəbilərə göstərilən elektron xidmətlərin sayı 14ə çatdırılıb FOTO


Digərləri 11 Yan 2019 14:09:00 247 0

Əcnəbilərə göstərilən elektron xidmətlərin sayı 14ə çatdırılıb  FOTO

Dövlət Miqrasiya Xidmətində (DMX) 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, konfransı giriş sözü ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov açaraq Azərbaycanın 2018-ci ildə uğurla inkişaf etdiyini, ölkəmizin bütün sahələrdə möhtəşəm nailiyyətlərə imza atdığını bildirib.

V.Hüseynov deyib ki, dövlət rəhbərliyinin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlar təbəqəsi formalaşıb, qeyri-neft sektorunun, xüsusilə turizmin ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artıb: "Həyata keçirilən tədbirlərin nəticəsidir ki, son illərdə ölkəmizə səfər edən şəxslərin sayının artması dinamikası davam edir. Bu gün Azәrbaycanda miqrantların vә insan hüquqlarının müdafiәsi prioritet mәsәlәdir".

Xidmət rəisi vurğulayıb ki, Dövlət Miqrasiya Xidməti hesabat dövründə miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyi və milli maraqlarını qorumaqla miqrasiya proseslərinin günün tələbləri səviyyəsində innovativ metodlarla tənzimlənməsi, miqrasiya-idarəetmə mexanizminin təkmilləşdirilməsi və tətbiqinin təşkili, miqrasiya orqanlarına kadrların müsabiqə və şəffaflıq əsasında seçilməsi, əmək ehtiyatlarından düzgün və faydalı istifadə olunması, tənzimlənməyən miqrasiya proseslərinin qarşısının alınması və neqativ təsirinin aradan qaldırılması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şəraitin yaradılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vəzifələrini müvəffəqiyyətlə yerinə yetirib:

"Bununla yanaşı, ötən dövr ərzində Xidmətin beynəlxalq əlaqələri, o cümlədən müqavilə hüquq bazası genişləndirilib, eləcə də ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlərin inkişaf etdirilməsi üçün bir sıra əhəmiyyətli addımlar atılıb. Bu sahədə əldə edilən uğurlardan biri miqrasiya sahəsində əməkdaşlığa dair hökumətlərarası müqavilə olan "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş"in 19 noyabr 2018-ci il tarixdə imzalanması olub.

Hazırda isə xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın ölkəyə qayıtması prosesinin beynəlxalq hüquqi çərçivədə tənzimlənməsi ilə bağlı readmissiya sazişləri və bu sazişlərin həyata keçirilməsi üzrə protokollar, o cümlədən xarici dövlətlərin miqrasiya orqanları ilə əlaqələrin gücləndirilməsi məqsədilə miqrasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişlər daxil olmaqla, 30-a yaxın beynəlxalq müqavilə layihəsinin hazırlanaraq, gələcəkdə imzalanması üçün Xidmət tərəfindən iş aparılır.

Eyni zamanda, əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılması və Xidmətə edilən müraciətlərə, həm də olduğu yer üzrə qeydiyyata sərf ediləcək vaxtın minimuma endirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi - MİGAZ geniş ictimaiyyətə təqdim olunub. MİGAZ - Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi MilliNet-2018 müsabiqəsində "Elektron hökumət və maliyyə-bank mobil tətbiqi" nominasiyasında 3-cü yerə layiq görülüb. Həmçinin əcnəbilərə göstərilən elektron xidmətlərin sayı artırılaraq 11-dən 14-ə çatdırılıb.


Xəbərə aid fotolar