Günəşdən 1 milyon dəfə ağır "inək" doğuldu VİDEO FOTO


Digərləri 11 Yan 2019 14:19:00 259 0

Günəşdən 1 milyon dəfə ağır "inək" doğuldu  VİDEO  FOTO

Yerdən 200 milyon işıq ili uzaqlıqdakı Herkules ulduz topasında həddən ziyadə parlaq partlayış olub.

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agenliyinin (NASA) alimləri bu partlayışı "AT2018cow" və ya sadəcə, "İnək" adlandırıblar.

Son.az ScienceAlert-ə istinadən bildirir ki, amerikalı alimlərin fikrincə, yeni neytron ulduz və ya qara dəlik doğulub.

"AT2018cow" olayı 2018-ci ilin iyul ayında yaşanıb. ATLAS layihəsi çərçivəsində çalışan astronomların qeydə aldıqları partlayış o qədər parlaq idi ki, bəzi alimlər partlayışın Süd Yolunda baş verdiyini düşünüblər.

Lakin daha sonra bəlli oldu ki, hadisə Herkuloes ulduz topasında, GCG 137-068 qalaktikasında baş verib.


Xəbərə aid fotolar