Prokuror Bakıda silsilə oğurluq edən dəstəyə cəza istədi - 28 il 3 ay


Digərləri 11 Yan 2019 14:18:00 182 0

Prokuror Bakıda silsilə oğurluq edən dəstəyə cəza istədi - 28 il 3 ay

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nurlan Ağayev, Sərhat Əmirov, Mirasəf Kərimli, Novruz Salayev və Mədət Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nurlan Ağayev, Sərhat Əmirov, Mirasəf Kərimli, Novruz Salayev və Mədət Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsiləndirilən şəxslərə cəza istəyib. Prokuror N.Salayevin 11 il, S.Əmirovun 5 il, N.Ağayevin 5 il, M.Kərimlinin 4 il, M.Hüseynovun isə 3 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə yanvarın 18-də davam edəcək.