Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı "Oxu" sənədli filmi nümayiş olundu FOTO


Digərləri 11 Yan 2019 13:56:00 240 0

Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı "Oxu" sənədli filmi nümayiş olundu  FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı "Oxu" sənədli filmi gənclər üçün nümayiş olunub və filmin müzakirəsi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, komitəsi tərəfindən dini radikalizm əleyhinə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri sənədli filmlərin hazırlanması və onların ictimaiyyətə təqdim olunmasıdır: "İndiyədək dini radikalizmlə bağlı müxtəlif adlarda sənədli filmlər çəkilib və ictimaiyyətə təqdim olunub. Yeni sənədli filmimiz isə "Oxu"dur. Məlumdur ki, "Qurani-Kərim"də ilk hökm oxu ilə başlayır. Bu filmdə də dini radikalizm və onun mahiyyəti ifşa olunur. Burada, eyni zamanda Azərbaycanda dini radikalizm əleyhinə görülən işlər öz əksini tapıb".

M.Qurbanlı vurğulayıb ki, filmin əsas məqsədi radikal dini qrupları faktiki materiallarla göstərmək və ictimaiyyətə təqdim etməkdir.


Xəbərə aid fotolar