Millimiz 3-cü səbətdə yer aldı


İdman 11 Yan 2019 13:51:00 440 0

Millimiz 3-cü səbətdə yer aldı

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi yanvarın 23-də keçiriləcək.

Goal.az xəbər verir ki, tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.

Yarışda iştirak edəcək 24 komanda püşklə 4 qrupa bölünəcək. Bu yığmalardan 4-ü püşksüz qruplara ayrılıb.

Söhbət bu il avqustun 23-dən sentyabrın 8-dək keçiriləcək çempionatın ev sahiblərindən gedir. Macarıstan, Polşa, Slovakiya və Türkiyə fərqli qruplara bölünüb. Digər 20 komanda isə püşkə görə qruplara ayrılacaq. Bu millilər 5 səbətə paylanıb.

AVRO-2017-də göstərdiyi nəticəyə görə növbəti çempionata vəsiqə əldə edən Azərbaycan millisi püşkatmada 3-cü səbətdə qərarlaşacaq. Bu səbətdə Belarus, Ukrayna və Fransa da var ki, onlar ilk qrup mərhələsində komandamızla üz-üzə gəlməyəcək.

Meydan sahiblərindən Türkiyə - A, Polşa B, Macarıstan C, Slovakiya isə D qrupunda mübarizə aparacaq.

1-ci səbət

Serbiya

Hollandiya

İtaliya

Rusiya

2-ci səbət

Almaniya

Belçika

Bolqarıstan

Xorvatiya

3-cü səbət

Belarus

Azərbaycan

Ukrayna

Fransa

4-cü səbət

Rumıniya

Finlandiya

İspaniya

Sloveniya

5-ci səbət

Portuqaliya

İsveçrə

Yunanıstan

Estoniya

Qeyd edək ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən yarış yeni formatla baş tutacaq. Qrup mərhələsində ilk 4 yeri tutanlar 1/8 finala yüksələcək.