Bakının iri ticarət mərkəzində oğurluq


Digərləri 11 Yan 2019 13:47:00 222 0

Bakının iri ticarət mərkəzində oğurluq

Bakıda iri ticarət mərkəzlərindən birində müştərinin 300 manatını oğurlayan şəxs saxlanılıb.

Bakının Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazada oğurluq hadisəsi baş verib. DİN-dən Son.az-a verilən məlumata görə, bu barədə rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən həmin mağazanın müştərisi İbrahim Allahverdiyev həyat yoldaşının içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum Şəfa İsmayılov saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxsin mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Saxlanılan şəxs ifadəsində etdiyi cinayəti etiraf edib. Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Xəbərə aid fotolar