Valverde risk etdiyini etiraf etdi


İdman 11 Yan 2019 13:34:00 387 0

Valverde risk etdiyini etiraf etdi

Barcelona-nın baş məşqçisi Ernesto Valverde İspaniya kubokunun 1/8 finalında Levante-yə məğlubiyyəti (1:2) şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı matçda risk etdiyini bildirib.

“Levante ilə oyunda gənclərə və ehtiyatda olan futbolçulara şans verdim. Düşündüm ki, bu heyətlə qələbə şansımız daha çox olacaq. Risk etdim. Amma bu lazımdır. Gənclər oyun praktikası qazanmalıdı. Murilonun debütündən razı qaldım. Təcrübəsilə gənclərə örnək ola bilər”, - Valverde deyib.