DİN: Qubada yol qəzasında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb


Digərləri 11 Yan 2019 13:36:24 146 0

DİN: Qubada yol qəzasında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Quba rayonu ərazisində “Ford Transit” və “VAZ-21010” markalı avtomobillər toqquşub

Bakı. Daxili İşlər Nazirliyi (DİN) ötən gün Qubada baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Belə ki, yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi “Ford Transit” və Ramil Seyidəhmədovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub.