Gürcüstandakı Dram Teatrının bədii rəhbəri vəzifəsinə ilk dəfə azərbaycanlı təyin olunub


Kriminal 11 Yan 2019 13:15:00 441 0

Gürcüstandakı Dram Teatrının bədii rəhbəri vəzifəsinə ilk dəfə azərbaycanlı təyin olunub

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbər vəzifəsinə təyinat olub. 

Son.az report-a istinadən xəbər verir ki, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bu vəzifəyə teatrın gənc aktyor və rejissoru Turqay Vəlizadəni təyin edib.

T.Vəlizadə teatrın ilk azərbaycanlı bədii rəhbəri olub. Belə ki, bu vaxta qədər bu vəzifəni gürcü əsilli incəsənət xadimləri tutublar.