Yeni qaydalar bütün məzarlıqlarda tətbiq olunacaq


Digərləri 11 Yan 2019 12:53:00 197 0

Yeni qaydalar bütün məzarlıqlarda tətbiq olunacaq

Yeni salınan qəbirstanlıqlarda, o cümlədən bundan sonra məzarlıqlardakı dəfn mərasimlərində yeni qaydalar mütləq tədbiq olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişikliklər edib: "Bu dəyişikliklər yeni salınan qəbirstanlıqlara şamil olunacaq, qərarın geriyə tədbiqi yoxdur".

Xatırladaq ki, ötən ilin dekabrında təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda qəbiristanlıqların salınması və idarə olunması qaydaları da təsdiq edilib.