Bakı-Ələt-Gürcüstan yolunda rənglənmə işləri aparılır


Digərləri 11 Yan 2019 12:43:00 184 0

Bakı-Ələt-Gürcüstan yolunda rənglənmə işləri aparılır

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində qəzalar zamanı yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bakı. Samir Əli - Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində qəzalar zamanı yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır aparılır. Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.