Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı "Oxu" sənədli filmi gənclər üçün nümayiş olunub (FOTO)


Digərləri 11 Yan 2019 12:19:00 178 0

Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı "Oxu" sənədli filmi gənclər üçün nümayiş olunub (FOTO)

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı "Oxu" sənədli filmi gənclər üçün nümayiş olunub və filmin müzakirəsi keçirilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı "Oxu" sənədli filmi gənclər üçün nümayiş olunub və filmin müzakirəsi keçirilib. Trend-in məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, komitəsi tərəfindən dini radikalizm əleyhinə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri sənədli filmlərin hazırlanması və onların ictimaiyyətə təqdim olunmasıdır: "İndiyədək dini radikalizmlə bağlı müxtəlif adlarda sənədli filmlər çəkilib və ictimaiyyətə təqdim olunub. Yeni sənədli filmimiz isə "Oxu"dur. Məlumdur ki, "Qurani-Kərim"də ilk hökm oxu ilə başlayır. Bu filmdə də dini radikalizm və onun mahiyyəti ifşa olunur. Burada, eyni zamanda Azərbaycanda dini radikalizm əleyhinə görülən işlər öz əksini tapıb".