Tünzalə Ağayeva məktəb açmaq istəyir


Şou-biznes 11 Yan 2019 12:16:00 469 0

Tünzalə Ağayeva məktəb açmaq istəyir

Əməkdar artist Tünzalə Ağayeva musiqi məktəbi açmaq niyyətindədir

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni bu barədə "Hər şey daxil" proqramına qonaq olarkən deyib.  

Sənətçi bir neçə il sonra arzusuna nail olacağını bildirib: "Buna tələbat var. Belə də olmalıdır. Bir peşəkar öz etdiyi üslubları kiməsə öyrətməlidir. Bir çox gənclər olub ki, onların yanında olmağa çalışmışam. Məktəb bir insanın öz üzərində dayanmır. Böyük bir məsuliyyətdir.