Azərbaycanda qaçqın statusu ilə yaşayanların sayı çoxalıb


Digərləri 11 Yan 2019 12:03:00 221 0

Azərbaycanda qaçqın statusu ilə yaşayanların sayı çoxalıb

2018-ci ildə Azərbaycanda 41 030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov qeyd edib ki, hesabat dövründə xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19 210 qərar qəbul edilib:

"Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27 509 müraciət daxil olub. Xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib".