Azərbaycana “Donuz qripi”nə qarşı peyvənd gətirilib?


Digərləri 11 Yan 2019 11:41:12 237 0

Azərbaycana “Donuz qripi”nə qarşı peyvənd gətirilib?

Bakıya "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilib.

Bu barədə Sputnik Azərbaycan-a həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib.

Z. Oruc bildirib ki, bütün dünyada peyvəndləmə prosesi oktyabr-noyabr aylarında başa çatıb: "Sözügedən peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub. Onun 6 aylıqdan 5 yaşadək olan uşaqlara vurulması tövsiyə edilir. Eyni zamanda, bu peyvəndi böyüklərə, eləcə də 65 yaşdan yuxarı insanlara da vurmaq olar. Ölkəmizdə peyvənd olunmağa böyük maraq müşahidə edilsə də, müraciət edənlərin sayı azdır. Bəziləri isə Gürcüstana getdikləri üçün peyvənd etdirmək istədiklərini bildirirlər. Peyvəndin qiyməti 38 manatdır"

Son.az xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovla əlaqə saxlayıb.