İllərdir yaxınlarının qadağasına görə bunu edə bilməyən qadın 80 yaşında istəyinə çatdı VİDEO
Digərləri 11 Yan 2019 11:04:00 203 0
Valideynlərinin və ərinin qadağasına görə saç boyaya bilməyən qadın 80 yaşında bunu etdi
Sosial şəbəkələrdə yayılan video maraq doğurub, qısa zamanda "trend" videolar sırasına daxil olub.
Son.az xarici mətbuata istinadla xəbər verir ki, videoda illərdir qadağaya görə saç rəngini dəyişə bilməyən qadının bunu ilk dəfə etdiyi üçün sevincək halda olması əks olunub.
Əvvəllər valideynlərinin, sonra da ərinin qadağasına görə saçlarını boyaya bilməyən qadın 80 yaşında saç rəngini dəyişib.
Braziliyada yaşayan qadının adı Alayde Menna Barretodur. O, ölməzdən əvvəl ən böyük istəyini gerçəkləşdirmək qərarına gəlib və saçlarını yaşıl rəngə boyayıb.
Mənbə: milli.az