Bakıda çay evində qan töküldü VİDEO


Digərləri 11 Yan 2019 10:32:00 193 0

Bakıda çay evində qan töküldü  VİDEO

Gecə saatlarında paytaxtın Binəqədi rayonunun Mir Cəlal küçəsində bıçaqlanma hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Abdulkərimov Elşən Həsən oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə həmin ərazidə olan çay evlərinin birində baş verib. 

Yaralı təcili olaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. E.Abdulkərimova qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyəti hazırda orta-ağırdır.