Ötən il 150 yaşayış məntəqəsinə təbii qaz verilib


Digərləri 11 Yan 2019 10:20:12 154 0

Ötən il 150 yaşayış məntəqəsinə təbii qaz verilib

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilib.

Bakı. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilib. Birlikdən Trend-ə verilən məlumata görə, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunması işləri aparılmış, yeni qaz kəmərləri çəkilib və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilib.