Ağdaşda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb


Digərləri 11 Yan 2019 10:27:00 175 0

Ağdaşda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Ağdaşda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakı. Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın piyada yaşadığı evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq, zor tətbiq edib içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan çantasını alıb qaçdığını bildirib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib.