Bakıda ticarət mərkəzində müştərinin 300 manatını oğurlayan şəxs saxlanılıb (FOTO)


Digərləri 11 Yan 2019 09:56:30 210 0

Bakıda ticarət mərkəzində müştərinin 300 manatını oğurlayan şəxs saxlanılıb (FOTO)

Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazada oğurluq hadisəsi baş verib.

Bakı. Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazada oğurluq hadisəsi baş verib. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən həmin mağazanın müştərisi İbrahim Allahverdiyev həyat yoldaşının içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum Şəfa İsmayılov saxlanılıb.