33 mənzili 37 adama satan şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi


Digərləri 11 Yan 2019 09:33:00 279 0

33 mənzili 37 adama satan şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi

"Yeni Yasamal" Mənzil-Tikinti Kooperativinin sədri Cahangir Alışov və onun səlahiyyətli nümayəndəsi - hüquqşünas Habil Fətəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

Cinayət işində 198 zərərçəkmiş var.