"Buddaoğlan" seksual zorakılıqda ittiham edilir FOTO


Digərləri 11 Yan 2019 07:55:00 384 0

"Buddaoğlan" seksual zorakılıqda ittiham edilir  FOTO

Nepal sakini Ram Bahadur Bomcon 2005-ci ildən "Budda-oğlan" kimi tanınır.

Son.az ölkə.az-a istinadən bildirir ki, 2005-ci ildə kənd sakinləri Budda ağacının altında oturub meditasiya edən 15 yaşlı oğlanı görürlər. Onun Budda Qautamanın reinkarnasiyası olduğu barədə söhbətlər üzə çıxdı. İnanclı insanlar onu görmək üçün kəndə axın etdilər.

Sonra isə fasiləsiz olaraq günlərlə yemək yemədən və yatmadan meditasiya edən oğlan barədə dünya mətbuatı da yazdı. Amma mətbuatın marağı böyük olsa da, bu oğlanın şəxsi həyatı haqqında məlumat çox az idi. Bəziləri deyirdilər ki, onun əsl adı Palden Dorcedir və Ratanapuri kəndindən gəlib.

Bomconun pərəstişkarlarının sayı gündən-günə artıb. Onun haqqında əfsanələr dolaşmağa başladı. Guya 2005-ci ildə o, 9 ay dayanmadan meditasiya edib. Eyni zamanda onu Budda adlandırırdılar. Amma Bomcon bunu inkar edirdi və deyirdi:

"Məndə Budda enerjisi yoxdur. İnsanlara deyin ki, mən sadəcə Rinpoçe səviyyəsindəyəm (Tibet laması)".


Xəbərə aid fotolar