Öz gözündə tiri görməyənlər bizdə çöp axtarır


Siyasət 11 Yan 2019 07:07:00 323 0

Öz gözündə tiri görməyənlər bizdə çöp axtarır

Azərbaycanda hər hansı qanunsuz keçirilən mitinq, piket və ya hər hansı etiraz aksiyasının qarşısı alınanda və ya polis tərəfindən dağıdılanda, eləcə də hüquq-mühafizə orqanları qanunu pozmuş müxalifətçilərə qarşı hər hansı addım atan kimi, bir sıra hüquq carçıları, məxsusi ölkələrin hüquq müdafiə birlikləri, hətta dövlət qurumları və bəzi beynəlxalq təşkilatlar haray çəkirlər ki, qoymayın, Azərbaycanda insan hüquqları tapdanır. Təxminən eyni yanaşma Türkiyəyə qarşı da göstərilir. Yəni müəyyən qüvvələr müxətlif vasitələrlə iki müsəlman türk dövlətinə qarşı daim təsir və təzyiq göstərməyə çalışırlar.

Halbuki, eyni şeylər digər yerlərdə, lap elə car çəkənlərin öz ölkələrində və ya sığındığı dövlətlərdə baş verəndə heç səslərini belə çıxarmırlar, hətta olanları demokratiyanın təcəssümü və hüququn aliliyi kimi qələmə verirlər. Məsələn, dəfələrlə Avropada, Amerikada polis-jandarmeriya qüvvələri tərəfindən müxtəlif etiraz aksiyalarının iştirakçılarına qarşı insanlıqdan kənar davranışın şahidi olmuşuq. Əgər Almaniyada, Fransada, İngiltərədə, İtaliyada, Rumıniyada, Yunanıstanda qanunsuz, icazəsiz nəsə baş verirsə, hüquq-mühafizə orqanları dərhal buna ən sərt şəkildə reaksiya verir.

Londonda 13 yaşlı etirazçı qız polis tərəfindən saxlanıldı - VİDEO   Bir neçə gün əvvəl Böyük Britaniyada bir neçə polis eyni anda Londonda etiraz aksiyası keçirlən "sarı jiletlilər" hərəkatının cəmi 13 yaşlı üzvü olan qıza hücum edərək onu həbs ediblər.

Rəsmi məlumatlarda qeyd olunur ki, guya qız polislərə qarşı güc tətbiq edib. Lakin video kadrlardan da açıq-aydın görünür ki, yeniyetmə, sadəcə, polisə etiraz edir. Bundan xoşlanmayan polislər isə əsl ağanın kim olduğunu ona "sübut edirlər".

Ondan iki gün əvvəl isə Parisdə elə həmin "sarı jiletlilər" etiraz aksiyası keçirən zaman polis onlara qarşı gözyaşardıcı qazdan istifadə etdi. Fransız rəsmilər bunu aksiya iştirakçılarının polisə qarşı zor tətbiq etməsi ilə əlaqələndirdi.

Fransa hadisələrindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dedi ki, Fransada etiraz aksiyaları Avropada demokratiyanın uğursuzluğunu, söz azadlığı və insan haqlarına riayət olunması ilə bağlı problemlərin olduğunu göstərir.

21-ci əsrdə ikili standartlar: 230 il sonra... Türkiyə liderinin sözlərinə görə, bir çox Avropa şəhərlərində gərgin vəziyyət yaranıb: "Avropada baş verənləri görürsünüzmü? 15 iyulda onlar bizə edilənlərə qarşı səssiz qaldılar. Bir çox Avropa ölkəsinin, xüsusilə də Parisin küçələri bir-birinə qarışıb. Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir? Bizim polisimiz mərhəmətlidir".

Qeyd edək ki, Azərbaycan və Türkiyənin başabəla qonşusu Ermənistanda artıq neçə vaxtdır ki, keçirilən etiraz aksiyaları zamanı iştirakçılar polisin zorakılığına məruz qalırlar. Lakin Ermənistanda artan zorakılığa qarşı susqunluq illərdir ki, davam edir. Hələ bu azmış kimi, son vaxtlar Ermənistanı az qala "azadlıq adası", "demokratiya yolçusu" kimi qələmə verməyə çalışırlar.

Maraqlıdır, nəyə görə bu ölkələrdə polis zorakılığı halları baş verərkən heç kim - hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, eləcə də BMT-nin əlaqədar qurumları səslərini çıxarmır, amma Azərbaycanda kiçik bir hadisə xüsusi qaydada qabardılır, ona siyasi rəng verilir, ittihamlar irəli sürülür, ölkə antidemokratiyada ittiham olunur?! Axı niyə?!

Təcrübə göstərir ki, ittihamlardan dərhal sonra onların xüsusi komanda ilə Azərbaycandakı "5-ci kolon"unun fəalları, psevdodemokratlar və onlara aldananlar qrantlar və digər maddi qarşılıq müqabilində müvafiq sifarişləri yerinə yetirmək üçün canfəşanlığa başlayırlar. Azərbaycanda vətəndaşların əksəriyyəti marionetlərin küyünə getmir, ağlı azca başında olanlar isə məsələləri təhlil edərək nəyin nə yerdə olduğunu gözəl anlayır.

Azərbaycan bu cür münasibətə ikili standart deməkdən yorulub, amma onlar bu vicdansız yanaşmalarından əl çəkmirlər ki çəkmirlər.

Siyasət Şərəfli Son.az