Cənub bölgəsinin mətbəxində ən dadlı təamlardan biri
Digərləri 11 Yan 2019 07:00:00 271 0
Ölkəmizin cənub bölgəsinin bənzərsiz mətbəxi həmişə öz zənginliyi ilə seçilir. Bölgədə təkcə düyüdən 21 növ plov hazırlanır. Düyüdən hazırlanan yeməklər içərisində ən qədimi düyü löküsü hesab edilir.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yüksək kalorili təamlardan olan, qədimdə od üzərində bişirilən düyü löküsü bir az müasirləşsə də, əvvəlki dadını itirməyib.
Lökünün hazırlanma qaydası çox sadədir: yağ, süd, yumurta, duz, şəkər tozu, düyü və sarıkök qarışdırılır və tavada bişirilir.
Dörd nəfərlik lökü üçün bir gün əvvəl isladılmış və əl daşından keçirilmiş 800 qram düyüdən alınan una 1 stəkan kərə yağı, 2 stəkan süd, bir qaşıq şəkər tozu və duz, 3 ədəd yumurta əlavə edilir.
Mənbə: milli.az