Son 25 ildə ABŞda xərçəng xəstəliyinə tutulma səviyyəsi azalıb


Dünya 11 Yan 2019 06:30:00 217 0

Son 25 ildə ABŞda xərçəng xəstəliyinə tutulma səviyyəsi azalıb

Amerika Onkologiya Cəmiyyətinin sonuncu tədqiqatının nəticələrinə görə, son 25 il ərzində Birləşmiş Ştatlarda xərçəng xəstəliyinə tutulma səviyyəsi 27 faiz azalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 25 il bundan əvvəl ölkədə xərçəng xəstəliyindən ölüm hallarının sayı ən yüksək səviyyədə olub. O vaxt hər 100.000 ölüm hadisəsindən xərçənglə bağlı ölüm hallarının sayı 215-ə çatmışdı. Ötən 25 ildə xərçəngdən ölüm hallarının sayı təqribən 2,6 milyon azalıb. 2016-cı ildə qeydə alınmış son məlumata görə, hər 100.000 ölüm hadisəsindən xərçənglə bağlı ölüm hallarının sayı 156 olub.

Amerika Onkologiya Cəmiyyəti xərçəngdən ölüm hallarının azalması səbəbləri kimi, siqaret çəkənlərin sayının davamlı şəkildə azalması, xərçəngin müalicəsi üçün yeni texnologiyalardan istifadə olunması və erkən diaqnoz qoyulması faktlarını göstərib.