BP Xəzər dənizinin Azərbaycan sektorunda yeni nəhəng qaz yatağı tapa bilər


Digərləri 11 Yan 2019 00:43:00 256 0

BP Xəzər dənizinin Azərbaycan sektorunda yeni nəhəng qaz yatağı tapa bilər

BP şirkəti və onun tərəfdaşları Azərbaycanda nəhəng qaz yatağının ("Şahdəniz" qaz-kondensat yatağı) işlənilməsinə 28 milyard dollar sərmayə qoyublar və bu, yalnız tarixin başlanğıcı ola bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons "Bloomberg" agentliyinə bildirib.

Onun sözlərinə görə, şirkət 2020-ci il üçün ölkədə 6 yeni kəşfiyyat quyusu qazmaq niyyətindədir.

Məlumatda deyilir ki, əgər BP-nin gözləntiləri doğrularsa şirkət ehtiyatları təxminən "Şahdəniz"in ehtiyyatlarına bərabər olan yeni qaz yatağı tapa bilər.