Hansı əməllər Qiyamət günü insanın üzünü ağ edər?


Digərləri 10 Yan 2019 23:40:00 226 0

Hansı əməllər Qiyamət günü insanın üzünü ağ edər?

Qurani-Kərimdə buyurulur: "Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik)qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları(hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar". ("Bəqərə" 257).

Yəni, əgər insan dünyada vilayəti tanıyıb, onu qəbul edib və əməl edibdirsə, Allah onu nura tərəf aparar. Yox əgər, vilayətə qarşı çıxanlardan olubdursa - bu şəxs zülmətə tərəf gedər.

Quranın başqa ayəsində buyurulur: "Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə(onlara deyiləcək): "İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!".

Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar". ("Ali-İmran" 106-107).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayələr imanın bizə verdiyi nemətlərə, küfrün isə bizə gətirəcək bəlalardan bəhs etmişdir. O kəslər ki, iman gətirdikdən sonra küfrə üz tutarlar, onlara Qiyamət günü deyilər ki, niyə nurdan sonra üzünü zülmətə tərəf çevirdin? Niyə İslamdan sonra cahiliyyə düçar oldun?

Ancaq möminlər ki, nurla əhatə olacaqlar - Allahın İlahi rəhmətində əbədi qalacaqlar.

İnsanın imanı, saleh əməlləri və vilayətə olan sadiqliyi - Qiyamət günü üzünün ağ olmasına səbəb olan əməllərdəndir.