Bədənin dərisinə tatu (döymə) etdirmək olarmı və bu halda dəstəmaz necə alınır?


Digərləri 10 Yan 2019 23:15:00 324 0

Bədənin dərisinə tatu (döymə) etdirmək olarmı və bu halda dəstəmaz necə alınır?

Bədənə döymə yazı və ya şəkil çəkdirmək öz-özlüyündə haram deyil. Əlbəttə, yazının və ya şəkilin məzmunu dinə, əxlaqi dəyərlərə zidd olmamalıdır; əgər zidd olsa, haramdır. Amma qeyd edək ki, ümumilikdə bu, mənasız və dəyərsiz bir iş sayılır. Həm də xalq içində döyməsi olan şəxslər o qədər də müsbət qarşılanmırlar; bəzi hallarda isə bədənə döymə yazı və şəkil vurdurmaq həbsxana həyatı yaşamağın, cinayətkar təbəqəyə mənsub olmağın və hətta əxlaqsızlığın əlaməti sayılır. Ona görə də də bu işdən uzaq durmaq məsləhətdir və mömin şəxsə bunu etmək yaraşmaz.

Son.az islam.az-a istinadən bildirir ki, əksər hallarda döymə zamanı rəng iynə vasitəsilə dərinin altına yeridilir. Dəstəmaz üzvlərinin üzərində bu cür döymə varsa, dəstəmaz normal şəkildə alınacaq. Əgər dəstəmaz üzvünün dərisinin üzərinə müvəqqəti döymə çəkilibsə (müvəqqəti nazik təbəqə şəklində), bu halda əvvəlcə onu təmizləmək, sonra dəstəmaz almaq lazımdır.