Qiyamət günü Allah insanın günahlarını mələklərə aşkar edəcəkmi?


Digərləri 10 Yan 2019 22:50:00 191 0

Qiyamət günü Allah insanın günahlarını mələklərə aşkar edəcəkmi?

Allah Təala elə müqəddəs varlıqdır ki, insanların günah və eyiblərini gizlədər və onların aşkar olmasına imkan verməz. Çünki bunun ağır nəticələrini nəzərə alır. İstəmir ki, bəndəsi eyiblərinin aşkar olmasına görə xar və zəlil olsun. Bu da Allahın sonsuz rəhmət bulağından sirab olmaqdır ki, bütün insanlara şamil edilir.

İmam Səccad (ə) dualarının birində buyurur: "Allahım, Öz pərdələrin ilə günahlarımın üstünü örtmüsən, sanki məni öz halıma buraxmısan və günahımın cəzasından məni kənarlaşdırmısan".

Allah bəndəsi Qiyamət günü məhşərə daxil olar və ağlamağa başlayar.

Ona deyərlər: "Niyə ağlayırsan?".

Deyər: "Günahlarımın mələklərin yanında aşkar olmasından qorxuram".