Qaz təhlükəsindən necə qorunmaq olar?


Digərləri 10 Yan 2019 22:56:00 271 0

Qaz təhlükəsindən necə qorunmaq olar?

Qazla ehtiyatsız davranma və qazsızma can almaqda davam edir. Təkcə dünən təbii qazın evə dolması nəticəsində baş verən dəhşətli partlayış nəticəsində bir ailənin 3 üzvü dünyasını dəyişdi.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bədbəxt hadisə bir daha qaz avadanlıqlarından istifadə zamanı təhlükəsizlik məsələsini gündəmə gətirib. Bəs bu kimi hadisələrin yaşanmaması üçün nələrə diqqət etmək lazımdır?

Ekspert Nüsrət Qasımov bildirir ki, bu kimi hadisələrdən sığortlanmağın çox sadə yolu var. Onun fikrincə, qaz sobasının quraşdırıldığı otaqlarda detektor cihazının yerləşdirilməsi təhlükəsizliyi xeyli artırır.

"Azəriqaz" İstehsalat Birliyindən isə bildirilir ki, qaz detektorlarının qoyulmasına onlar nəzarət etmirlər. Detektorları abonentlər öz vəsaitləri hesabına alıb quraşdıra bilərlər.

Ekspert Nüsrət Qasımov isə təklif edir ki, təhlükəsizlik məsələləri nəzərə alınaraq qaz detektorlarının mənzillərə quraşdırılması icbari olmalıdır. O, bununla bağlı qanunvericiliyə müvafiq əlavələrin edilməsini istəyir.