Qaz limiti yanvarın 8də yenilənib


Digərləri 10 Yan 2019 22:58:00 227 0

Qaz limiti yanvarın 8də yenilənib

Yevlaxın Malbinəsi kəndinin sakinləri qaz sayğaclarının son oxunma tarixindən narazıdırlar. Söhbət ondan gedir ki, yanvarın 1-dən etibarən abonentlərə yeni limit verilməli olduğu halda, vətəndaşların ünvanına bildiriş yanvarin 8-də oxunan sayğaca əsasən gəlib. Yəni limiti keçən vətəndaşlar 8 günün sərfiyyatina görə hər kub üçün 10 yox, 20 qəpiklə ödəniş etməyə məcbur olublar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ilin əvvəlində abonentlərə qaz sərfiyyatı üçün yeni limit verilsə də, Yevlaxın Malbinəsi kəndinin bəzi sakinlərinə bu limit 8 gün gec verilib. Buna səbəb əraziyə nəzarət edən ''Azəriqaz'' İstehsalat Birliyinin əməkdaşının sayğac göstəricisini yanvarın 8-də oxumasıdır.

Sakinlər iddia edirlər ki, bu hal onların daha çox pul ödəməsinə səbəb olub. Çünki onlar 8 günə görə qazın hər kubu üçün 10 yox, 20 qəpikdən pul ödəməli olublar.