İçkinin məhv etdiyi mədəaltı vəzi


Digərləri 10 Yan 2019 22:25:00 335 0

İçkinin məhv etdiyi mədəaltı vəzi

Pankreatit mədəaltı vəzinin ağır formalı iltihabıdır.

Spirtli içkinin təsirindən vəzin hüceyrələri toksiki fonda zədələnir, vəzin sintez etdiyi fermentlər kortəbii aktivləşir və vəzin özünün toxumasını "yeməyə" başlayır. Nəticədə orqanda nekroz - çürümə başlayır.

İltihabdan vəzi böyüyür, şişir, yaxınlıqdakı orqanları və sinirləri sıxır, ağrılar başlayır.

Son.az medicina.az-a istinadən alkoqol pankreatitin müayinə və müalicə metodlarını təqdim edir.

İltihabın qarşısı alınmadıqca proses aqressivləşir, fibroz başlayır, mədəaltı vəzi axacaqları tutulur, orqan zədələnir. Ferment ifrazı funksiyası pozulur, ağır dispepsik pozuntular baş verir.

Vəzin endokrin funksiyası kəskin pozulur və şəkərli diabet formalaşır.

Həm içib, həm siqaret çəkmək isə damarların spazmı, vəzin işemik zədələnməsi və toxumanın dağılmasını təmin edir.

Xəstəliyin əlamətləri:

-İntensiv ağrılar

-Ağrı qol və kürəyə verir

-Ağrı bəzən olmur, bəzən qəfildən küt, kəskin başlayır

-Xəstə uzananda ağrı çoxalır

-Xəstə yalnız oturanda, azca əyilmiş vəziyyətdə yüngüllük hiss edir

-Yeməkdən və içkidən sonra ağrı tutur

-Tez-tez ürəkbulanma, mədədə yanma, qusma olur

-Nəcis açıq boz rəng alır