Bakıda bu məktəblərin ətrafında yol təhlükəsizdir


Digərləri 10 Yan 2019 22:16:00 235 0

Bakıda bu məktəblərin ətrafında yol təhlükəsizdir

Bakı Nəqliyyat Agentliyi orta məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyinin artırılması ilə bağlı tədbirlər davam etdirir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, orta məktəblərin ətrafında piyada zolaqları yenilənir: "Təkcə son bir ayda daxil olan vətəndaş müraciətləri və aparılan təhlillər nəticəsində 30-dan artıq orta məktəbin ətrafında piyada zolaqları yenilənib. Bununla yanaşı, 7, 8, 18, 23, 46, 160 nömrəli orta məktəblərin və Elitar Gimnaziyanın ətrafında yol hərəkətinin təhlükəsizliyinin artırılması ilə bağlı layihə hazırlanıb. Bu il ərzində icra ediləcək layihələrin reallaşması nəticəsində qeyd edilən təhsil müəssisələrinin ətrafında yol hərəkəti yaxşılaşdırılacaq, piyadaların, xüsusilə, uşaqların təhlükəsizliyinin təmin edilməsinə imkan verən zəruri infrastruktur təşkil ediləcək".