Kürdlərə 24 saat vaxt verildi


Dünya 10 Yan 2019 22:04:00 192 0

Kürdlərə 24 saat vaxt verildi

İraqın Terrorçuluğa Qarşı Mübarizə Mərkəzi Kürdüstan Vətənpərvərlər Birliyinə Kərkükdəki partiya binasından asdıqları İraq Kürd Muxtariyyətinin bayrağının endirilməsi üçün 24 saat vaxt verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, uzun müddətdir İraq Kürd Muxtariyyətinin bayrağı Kərkük küçələrindən yığışdırılmışdı. Amma iki gün öncə Kürdüstan Vətənpərvərlər Birliyinin üzvləri yenidən bayraqlarını şəhərdə dalğalandırıblar. Görünyülər sosial şəbəkələrdə paylaşılandan sonra mərkəzi hökumət separatçılara xəbərdarlıq edib.