İspaniyada ermənilərdən ibarət mütəşəkkil dəstə saxlanıldı


Dünya 10 Yan 2019 22:06:00 210 0

İspaniyada ermənilərdən ibarət mütəşəkkil dəstə saxlanıldı

İspaniyada danışılmış oyunlarla bağlı ermənilərdən ibarət mütəşəkkil dəstə saxlanılıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə İspaniya Vətəndaş Qvardiyası məlumat yayıb.

Açıqlamada tennis üzrə danışılmış matçların təşkilində şübhəli bilinən Ermənistandan olan 15 nəfərlik mütəşəkkil dəstənin zərərsizləşdirildiyi bildirilir. İdmançılar da daxil olmaqla, daha 68 nəfərlə bağlı araşdırma aparılır.