Rusiyada azərbaycanlı sürücünün başını yardılar


Dünya 10 Yan 2019 21:57:00 208 0

Rusiyada azərbaycanlı sürücünün başını yardılar

Rusiyanın Kazan şəhərində taksi sürücüsü olan 41 yaşlı Azərbaycan vətəndaşını döyən şəxs saxlanılıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hadisə yanvarın 4-də Mavlyutova küçəsində qeydə alınıb.

"Naməlum şəxs tərəfindən döyülən Azərbaycan vətəndaşı açıq kəllə-beyin travması və boyun sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Polis hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı digər taksi sürücüsünü yaxalayıb. Məlum olub ki, o, aralarında baş verən mübahisədən sonra azərbaycanlıya başından xəsarət yetirib", - deyə Kazan polisindən bildirilib.