Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir


Digərləri 10 Yan 2019 21:40:00 213 0

Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir

Həzrət Peyğəmbər (s) buyurur: "Bilin ki, ən üstün insanlar o kəslərdir ki, gec qəzəblənər və tez razı olarlar".

Həzrət Peyğəmbər (s) buyurur: "Qəzəb - şeytandan və şeytan da atəşdən xəlq olmuşdur. Atəş su ilə sönər. Ona görə də nə zaman sizlərdən biriniz qəzəblənsəniz, dəstəmaz alın".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "İgidlik odur ki, kimsə qəzəblənər və qəzəbi şiddətlənər, üzü qızarar və tükləri titrəyər - ancaq öz qəzəbini yatızdırar".

İmam Əli (ə) buyurur: "Qəzəb - çox pis yoldaşdır. Eyibləri aşkar edər, pislikləri yaxınlaşdırar və yaxşılıqları uzaqlaşdırar".

İmam Əli (ə) buyurur: "Ən güclü insan o kəsdir ki, qəzəblənməz".

İmam Sadiq (ə) buyurur: "Hər kim qəzəblənən zaman özünü kontrol etməzsə - bizdən deyildir".

İmam Sadiq (ə) buyurur: "Hər kim sənə üç dəfə qəzəblənərsə, ancaq sənə pis söz deməzsə - onu özün üçün dost seç".

İmam Sadiq (ə) buyurur: "Mömin o zaman ki, qəzəblənər - qəzəbi onu haqdan çıxartmaz. O zaman ki, razı olarsa - razılığı onu batilə tərəf çəkməz. Əgər qüdrət əldə edərsə - öz haqqından çoxunu götürməz".