Heydər Əliyev Sarayında məşhur rusiyalı bəstəkarın konserti olacaq


Digərləri 10 Yan 2019 21:28:53 217 0

Heydər Əliyev Sarayında məşhur rusiyalı bəstəkarın konserti olacaq

İqor Ponomarenkonun iştirakı ilə “Cinema Hits Show” konsert proqramı keçiriləcək.

Bakı. Fevralın 23-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Cinema Hits Show” konsert proqramı keçiriləcək. Saraydan Trend-ə verilən məlumata görə, konsertdə dünyaca məşhur bəstəkarlar Ennio Morricone, Ramin Cavadi, Vladimir Kosma, Nino Rota və digərlərinin əsərləri təqdim olunacaq. İP Orchestranın təqdimatında “Titanic”, “The Godfather”, “Game of Thrones”, “Fifth Element”, “Sherlock Holmes”, “Star Wars”, “Pirates of the Caribean”, “Harry Potter”, “Kill Bill”, “Pink Panther”, “Pretty Woman”, “Джентльмены удачи”, “Бриллиантовая рука” və sairə əfsanəvi kinofilmlərdən musiqilər səsləndiriləcək. Biletləri Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, “ASAN xidmət”, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.