Danimarkada yaşayan soydaşımızın adı bu ölkənin 2019ci ilin təqviminə salınıb FOTO


Digərləri 10 Yan 2019 20:39:00 250 0

Danimarkada yaşayan soydaşımızın adı bu ölkənin 2019ci ilin təqviminə salınıb  FOTO

Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, danimarkalılara Azərbaycan musiqisini təbliğ edən Kəmalə Hüseynovanın şəkli "Mənim yeni danimarkalı rəfiqəm" layihəsi çərçivəsində Danimarkanın 2019-ci ilin təqviminə salınıb.

Bu barədə Son.az-a məlumat verən jurnalist Elnur Eltürk bilsirib ki, layihənin təşkilatçısı və ideyası Dünya Qadınlar Cəmiyyətinin rəhbəri Alma Andersendir. Kəmalə xanım Danimarkada Azərbaycan musiqisinin, milli-mənəvi dəyərlərinin təbliğatında xüsusi rol oynayır.

Kəmalə Hüseynova uğurlu layihə haqqında ətraflı məlumat verib: "Kopenhagendə fəaliyyət göstərən Dünya Qadınlar Cəmiyyətinin üzvüyəm. Bu cəmiyyət xətti ilə çox tədbirlərimiz olur. Cəmiyyətə üzv olan qadınlar fərqli ölkələrdəndir. Təbii ki, danimarkalı qadınlar da çoxdur. Bu da bizə öz ölkəmizi təmsil etməyə, mədəniyyət və tariximizi başqa Avropa ölkələrinin nümayəndələrinə, o cümlədən danimarkalilara tanıtmağa imkan yaradır. Həmçinin Novruz bayramı, danimarkalıların yeni illəri təşkil edilir. Öz adət-ənənələrimizdən danışır, musiqimizi və rəqslərimizi ifa edirdik. Həmçinin milli mətbəximizdən nümunələr də təqdim edirdik. Bu isə yeni bir layihənin təklif almasına səbəb oldu.


Xəbərə aid fotolar