“Vətənpərvərlik Kinosu Həftəsi” keçiriləcək


Digərləri 10 Yan 2019 20:14:00 209 0

“Vətənpərvərlik Kinosu Həftəsi” keçiriləcək

Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.

Bakı. Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək. İdarədən Trend-ə verilən məlumata görə, kino həftəsinin keçirilməsində əsas məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli Qəhrəmanlarını gənc nəslə tanıdmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.