İcra başçısı Cocuq Mərcanlıda son vəziyyəti açıqladı


Digərləri 10 Yan 2019 19:58:38 226 0

İcra başçısı Cocuq Mərcanlıda son vəziyyəti açıqladı

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə artıq 90-dən çox ailə köçürülüb.

Bakı. Elçin Mehdiyev - Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə artıq 90-dən çox ailə köçürülüb. Bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib. K.Həsənov bildirib ki, köçürülmə prosesi davam edir və yaxın vaxtlarda bu proses başa çatdırılacaq. İcra başçısı vurğulayıb ki, kənddə bütün sosial obyektlər, o cümlədən poçt, səhiyyə, təhsil müəssisələri tam gücü ilə əhaliyə xidmət göstərir.