“Vətənpərvərlik Kinosu Həftəsi” keçiriləcək


Kriminal 10 Yan 2019 19:50:00 680 0

“Vətənpərvərlik Kinosu Həftəsi” keçiriləcək

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək "Vətənpərvərlik Kinosu Həftəsi" çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.

Son.az xəbər verir ki, kino həftəsinin keçirilməsində əsas məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli Qəhrəmanlarını gənc nəslə tanıdmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

Vüqar Mürsəlov, Mətləb Quliyev, Tahir Həsənov, Cavanşir Rəhimov, Elxan Zülfüqarov, İlqar İsmayılov, Alı Mustafayev, Zabit Quliyev və digər Milli Qəhrəmanlara həsr olunan "Dəmir atlı", "Həsrətlə cənnətə qovuşanlar", "Bizim zaman qəhrəmanları", "Cavanşir", "Ömrün qırx anı", "Döyüşə tələbələr gedir", "Tarixdə adı qalan", "Ən yüksək zirvə", "Ovçu" kimi bir çox filmlərin nümayişi olacaq.

Qeyd edək ki, filmlərin nümayişi Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən müxtəlif mədəniyyət müəssisələrində baş tutacaq. Filmlərə giriş sərbəstdir.

"Vətənpərvərlik kinosu həftəsi"ndə

14-18 yanvar tarixlərində nümayiş olunacaq filmlərin keçirilmə qrafiki

Filmin adı

Milli Qəhrəman

Rejissor

Məkan

Tarix və saat

1

"Dəmir atlı" (26 dəq)

"Həsrətlə cənnətə qovuşanlar" (29 dəq)

Mürsəlov Vüqar

Quliyev Mətləb

Məmmədov Zamin

Badamdar qəsəbə Mədəniyyət evi

14.01.2019

Saat 14:00

2

"Bizim zaman qəhrəmanları" (17:40 dəq)

"Cavanşir" (20 dəq)

Həsənov Tahir

Rəhimov Cavanşir

Abdullayeva Gülnarə

Musazadə Kamalə

Binəqədi Mərkəzi Mədəniyyət evi

15.01.2019

Saat 12:00

3

"Ömrün qırx anı" (14:51 dəq)

"Döyüşə tələbələr gedir" (21:54 dəq)

Zülfüqarov Elxan

Hüseynov Rövşən

Anar Şuşalı

Əhmədov Behzad

Mərdəkan Mədəniyyət Sarayı

16.01.2019

Saat 12:00

4

"Tarixdə adı qalan" (17:49 dəq)

"Ən yüksək zirvə" (20:46 dəq)

Ocaqverdiyev Sərxan

İsmayılov İlqar

Günel Aqif

Şağan qəsəbə Mədəniyyət Mərkəzi

17.01.2019

Saat 12:00

5

"Azərbaycanlı Yura" (22:25 dəq)

"Ovçu" (22:11 dəq)