“Yolun ortasında dayanıram” Dayanacağı olan avtobusların dayanacaq problemi VİDEO FOTO


Digərləri 10 Yan 2019 18:33:00 262 0

“Yolun ortasında dayanıram”  Dayanacağı olan avtobusların dayanacaq problemi  VİDEO  FOTO

Yasamal rayonunun mərkəzi yollarından hesab edilən A.M.Şərifzadə küçəsi, 3 sayılı "ASAN xidmət"in yaxınlığında pavelyonu olmasa da, avtobus dayanacağı var. Son.az ARB TV-yə istinadən xəbər verir ki, uzun müddətdir nişanı qoyulan dayanacaqdan, sanki, təkcə avtobus sürücüləri xəbərdardır. Üç zolaqlı yolun, demək olar ki, yarı hissəsini minik avtomobilləri tutur. Avtobusun ərazidə saxlması ilə burada yaranan mənzərəni təsəvvür etmək çətin deyil. Yoldakı qəza mənzərəsini görmək üçün uzun-uzadı müşahidə aparmağa da ehtiyac yoxdur. Vəziyyət dayanmalı olduğu yerdə dayana bilməyən avtobus sürücülərini də təngə gətirib. Avtobus sürücüsü: "Dayanacaqdan sərnişin götürə bilmirəm. Saxlaya bilmirəm, arxadan maşınlar siqnal verir". Avtobus sürücüsü: "Məcburən yolun ortasında saxlayıram". Çətinlik çəkən təkcə sürücülər deyil. Park edilən onlarla avtomobilin arasında sıxıla-sıxıla avtobus gözələyənlər də eyni problemi yaşayır. Sərnişin: "Olmaz burada saxlamaq, dayanacağın öz yeri var. Avtobusa minmək üçün yolun ortasında, üçüncü zolaqda dayanıram". Sərnişin: "Keçməyə yol yoxdur, daha nə olsun?" Dayanacağı pul aldığı avtomobillərin park yerinə çevirənlər isə gözlə görünəni inkar edir. Park nəzarətçisi: "Avtobuslar düzgün saxlamır. Gəlib maşınların arxasında dayanırlar. Bura dayanacaq deyil, park yeridir. Dayanacaq işarəsini sonradan gətirib qoyublar". Qeyd edək ki, Bakıda parkinqlərə Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Agentliyin mətbuat  xidmətinin rəhbəri Mais Ağayevin vəziyyətlə bağlı ARB xəbərə açıqlaması isə belə oldu: "Günü sabah əraziyə baxış keçiriləcək. Uyğunsuzluq aşkar edilərsə, aradan qaldırılacaq".

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar