Türkiyə ABŞın tələbinə tabe olmaqdan imtina edib


Dünya 10 Yan 2019 17:55:00 242 0

Türkiyə ABŞın tələbinə tabe olmaqdan imtina edib

Ankara ABŞ-ın zenit raket kompleksi "Patriot"u almaq haqqında düşünə bilər, lakin Vaşinqtonun öz tələblərini irəli sürməyə davam edəcəyi təqdirdə bu mümkün olmayacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiyanın S-400 zenit raket sistemlərinin alınması ilə əlaqədar Birləşmiş Ştatların hər hansı bir tələbini qəbul etmir.

Yanvarın 5-də bildirilmişdi ki, ABŞ nümayəndələri Türkiyənin XİN və Müdafiə Nazirliyinə "Patriot"un alınması müqabilində S-400-lərin sifarişindən imtina etmək şərtini irəli sürüb.

Bununla belə, amerikalıların təklifinə nə endirim güzəşti, nə də texnologiyaların təhvil verilməsi daxildir.