İniesta: “Neymarın qayıdışını təsəvvür etmirəm”


İdman 10 Yan 2019 17:55:00 417 0

İniesta: “Neymarın qayıdışını təsəvvür etmirəm”

Barcelona-nın sabiq yarımmüdafiəçisi Andreas İniesta Neymarın Kataloniya klubuna mümkün qayıdışına münasibət bildirib.

Goal.az xəbər verir ki, İniesta bunun çətin proses olduğunu deyib: “Neymarın qayıdışını təsəvvür etmirəm. Çox çətin olacaq. Amma futbolda yüzlərlə belə hadisələrin şahidi olmuşam. Dəfələrlə demişəm ki, Neymar dünyanın ən yaxşı futbolçularından biridir. Heç bir klub belə oyunçudan imtina etməz”.