Lukaşenko göz yaşlarını saxlaya bilmədi
Dünya 10 Yan 2019 17:34:00 274 0
Belarus prezidentinin oğlu Nikolay Lukaşenkonun pianoda ifası atasını kövrəldib. Aleksandr Lukaşenko göz yaşlarına hakim ola bilməyib.
Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "Komsomolskaya Pravda - Belarus" məlumat yayıb.
Belarus telekanalı ölkə liderinin kiçik oğlunun səhnədə çıxışından fraqmenti yayımlayıb. Yanvarın 9-da Belarusun müxtəlif xadimləri və kollektivlərinə "Mənəvi intibah" və "Belarus İdman Olimpi" mükafatlarının təqdimatı münasibətilə verilən böyük konsertdə 14 yaşlı Kolya səhnəyə çıxıb.
Mənbə: milli.az