Məhəmməd Əlinin 40 illik evini türklər aldı


Dünya 10 Yan 2019 17:27:00 263 0

Məhəmməd Əlinin 40 illik evini türklər aldı

Amerikalı məşhur boksçu Məhəmməd Əlinin Miçiqan ştatında yerləşən 40 illik evi satılıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, evi Mərkəzi Nyu-Yorkda yerləşən Türkiyə Gənclik və Təlim Xidməti Vəqfi (TÜRKEN) alıb.

"Çikaqo Tribuna" qəzetində yer alan xəbərə görə, evi Məhəmməd Əlinin həyat yoldaşı Lonni Əli satıb. Evin 4 yataq otağı, boks rinqi də olan idman salonu, basketbol sahəsi və hovuzu var. Ev, ümumilikdə, 7 binadan ibarətdir.


Xəbərə aid fotolar