Azərbaycanda “donuz qripi” təhlükəsi varmı?


Digərləri 10 Yan 2019 17:05:00 397 0

Azərbaycanda “donuz qripi” təhlükəsi varmı?

Gürcüstanda donuz qripinin yayılması ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birgə müvafiq tədbirlər görür.  

Son.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

O bildirib ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycana daxil olan avtomobilləri müxtəlif kimyəvi maddələrlə dezinfeksiya edirlər.

Onun sözlərinə görə, Azərbaycan sərhədini keçən 867 nəfərdən nümunə götürülüb və nümunələrdə "donuz qripi" aşkarlanmayıb. O əlavə edib ki, əgər bu xəstəlik aşkarlanarsa, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstəliyin qarşısının alınması üçün lazımi tədbirlər görülüb.