PAŞA Bank beynəlxalq ödənişlər sahəsində PCI DSS standartına uyğunluğunu təsdiqləməyə müvəffəq olub


Digərləri 10 Yan 2019 16:53:00 195 0

PAŞA Bank beynəlxalq ödənişlər sahəsində PCI DSS standartına uyğunluğunu təsdiqləməyə müvəffəq olub

PAŞA Bank ödəniş kartları sahəsində məlumatların təhlükəsizliyi standartına uyğunluq sertifikatını əldə edib.

Bakı. Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bank ödəniş kartları sahəsində məlumatların təhlükəsizliyi standartına (Payment Card Industry Data Security Standard, PCI DSS) uyğunluq sertifikatını əldə edib. Bankdan Trend-ə verilən məlumata görə, standartın tələbləri banklara, həmçinin ödəniş kart sahibləri barədə məlumat işləyən şirkətlərə şamil edilir. PCI DSS standartı şəbəkə infrastrukturundan təhlükəsiz istifadəni, istismar edilən İT serverlərində müxtəlif komponentlərin yenilənməsi üzərində nəzarəti, sistemə müdaxilə sınaqlarını, bütün proseslərin ümumi monitorinqini və s. məsələləri tənzimləyir. Bankın İdarə Heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucovun dediklərinə əsasən, Azərbaycanın aparıcı bankı qismində PAŞA Bank fəaliyyətində informasiya təhlükəsizliyinə və bu sahədə yeni alətlərin və beynəlxalq standartların yerli bazarda tətbiqinə xüsusi diqqət yetirir.